Prezidentin andiçmə mərasimə səfirlər dəvət olunmadı – Gürcüstanda
Gürcüstan prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin səfirləri dəvət edilməyib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, xarici ölkələrin nümayəndələrinin andişmə mərasiminə dəvəti planlaşdırılmayıb.
“İnauqurasiyaya xarici ölkələrin nümayəndələrini dəvət etməyi belə düşünmürdüm. Əlbəttə, zalın müəyyən məhdudiyyətləri var, lakin bu, əsas məsələ deyil. Əsas odur ki, bu, rəsmi mərasimdir, orada kollegiya üzvlərinin özləri iştirak etməli, konstitusiya orqanları da tam şəkildə təmsil olunmalıdır”, - Papuaşvili bildirib.
Xatırladaq ki, Mixail Kavelaşvilinin inaqurasiyası dekabrın 29-da Gürcüstan parlamentinin iclas zalında keçiriləcək.
Xatirə SADİQ