"Putin məndən zəng gözləyir, Zelenski ya razılaşacaq, ya da..." - Tramp + VİDEO

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, günün sonuna qədər Amerika qoşunlarının Ukraynada yerləşdirilməsi imkanlarına aydınlıq gətirmək niyyətindədir. 

Aug 18, 2025 - 21:57
"Putin məndən zəng gözləyir, Zelenski ya razılaşacaq, ya da..." - Tramp + VİDEO

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Avropa qüvvələrinin mümkün mövcudluğu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, qərar Aİ liderləri ilə görüşdən sonra açıqlana bilər.

“Həm Putin, həm də Zelenski Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsini istəyir. Tərəflərin və dünyanın istədiyi budur. Bu gün ya razılaşma olacaq, ya da olmayacaq. Əgər razılaşma yoxdursa, o zaman Ukraynaya dəstək də dayanacaq”. - Tramp deyib. 

Tramp bildirib ki, Zelenski və Avropa liderləri ilə görüşdən sonra Putinə zəng edəcək. Çünki Rusiya prezidenti Trampın zəngini gözləyir.

Onun sözlərinə görə, müharibənin bitmə vaxtını hələlik proqnozlaşdırmaq mümkün deyil, lakin nizamlanma dayanıqlı olmalıdır.

Amerika lideri həmçinin bildirib ki, Avropa dövlət başçıları da Ukraynada sülh istəyir və onlarla nizamlanma təkliflərini müzakirə etmək niyyətində olduğunu təsdiqləyib. Tramp qeyd edib ki, müharibəni bitirmək üçün “məqbul şanslar” Vladimir Zelenski və Aİ ölkələrinin liderləri ilə danışıqlardan sonra yarana bilər.

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərin Kiyevin mümkün sülh sazişinin bir hissəsi kimi ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı suallarına cavab verməkdən imtina edib.

Zelenski öz növbəsində Trampa Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edib. Ukrayna Prezidenti Putinə yazdığı məktuba görə həyat yoldaşı Melani Trampa da minnətdarlığını ifadə edib.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçilər Stiv Uitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edib.

Oğuz