Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vəd etdi

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak edəcək.

Aug 18, 2025 - 22:14
Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vəd etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.

Tramp Avropa ölkələrinin də zəmanət məsələsində iştirak edəcəyini vurğulayıb.

"Təhlükəsizlik məsələlərində çoxlu kömək olacaq. Bu, yaxşı haldır. Onlar (Avropa-red.) birinci müdafiə xəttidir, çünki onlar oradadırlar, lakin biz də onlara kömək edəcəyik", - ABŞ Prezidenti bildirib.