O jurnalist Zelenskidən üzr istədi - "Bu kostyumda əla görünürsünüz"

ABŞ-ın tanınmış reportyoru Brayan Qlenn Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Vladimir Zelenskidən əvvəlki sualına görə üzr istəyib.

Aug 18, 2025 - 22:21
O jurnalist Zelenskidən üzr istədi - "Bu kostyumda əla görünürsünüz"

Qlenn Zelenskinin kostyum geyinməsi ilə bağlı əvvəlki tənqidi xatırladaraq bu dəfə tam əks fikirlər səsləndirib:

“Siz bu kostyumda möhtəşəm görünürsünüz. Siz çox yaxşı görünürsünüz” – deyə jurnalist bildirib.
ABŞ prezidenti Donald Tramp da dialoqa qoşularaq əlavə edib: “Mən də eyni şeyi dedim. O  keçən dəfə sənə hücum etmişdi”.

Bundan sonra Brayan Qlenn Zelenskiyə dönərək üzr istəyib: “Üzr istəyirəm. Siz əladan da yaxşı görünürsünüz”.

Musavat.com