"Ölüm ayağındadır" deyilirdi, amma... - İran Müctəbanın VİDEOSUNU YAYDI

İranın dini lideri Müctəba Xameneinin səhhətinin ağır olması barədə yayılan xəbərlər fonunda onun yeni yayılmış görüntüləri müzakirələrə səbəb olub.

Aug 9, 2026 - 13:00
"Ölüm ayağındadır" deyilirdi, amma... - İran Müctəbanın VİDEOSUNU YAYDI

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən videonu İranın “Mehr” xəbər agentliyi yayımlayıb.

Videoda Müctəba Xameneinin insanların arasında oturaraq söhbət etdiyi və səhhətinin normal göründüyü müşahidə olunur.

Görüntülərin Xameneinin səhhəti ilə bağlı son günlər yayılan iddialardan dərhal sonra paylaşılması diqqət çəkib.  Amma videonun nə vaxt çəkildiyi açıqlanmayıb. Bu səbəbdən görüntülərin Xameneinin məhz hazırkı vəziyyətini əks etdirdiyini qəti şəkildə söyləmək mümkün deyil.

İran tərəfi bununla bağlı əlavə açıqlama verməyib. 

Oğuz