Putin Vuçiçlə mübahisə etdi, serb prezident cavabını verdi - "Aramızdakı söhbət..." 

Serbiya prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinlə serb hərbi sursatlarının Ukraynaya daşınması ilə bağlı ittihamları müzakirə etdiyini bildirib.

May 30, 2025 - 00:25
Putin Vuçiçlə mübahisə etdi, serb prezident cavabını verdi - "Aramızdakı söhbət..." 

SAVASHMEDİA.az xarici mənbələrə istinadla xəbər verir ki, Aleksandr Vuçiç ittihamları qismən qəbul edib.

“Putinlə aramızdakı söhbətin təfərrüatlarını açıqlamayacağam. Faktları müəyyən etmək üçün rusiyalı tərəfdaşlarımızla birgə işçi qrup yaratmışıq. Serbiyada 24 min insan birbaşa və dolayı yolla silah sənayesində çalışır. Bu sursatları Amerikaya ixrac edə bilmiriksə, AB ölkələrinə ixrac edə bilmiriksə, Türkiyəyə ixrac edə bilmiriksə, ərəb ölkələrinə ixrac edə bilmiriksə, Afrikaya ixrac edə bilmiriksə, bağışlayın, bəs hara ixrac edək?” – Vuçiç bildirib.

Xatırladaq ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin bəyanatına görə, Serbiya hərbi-sənaye kompleksinin Ukraynaya hərbi yardıma verdiyi töhfə çoxillik raket sistemləri və qaubitsalar üçün yüz minlərlə mərmi, eləcə də atıcı silahlar üçün bir milyon patron təşkil edir .

"Serbiya hərbi sənayesi Rusiyanı arxadan vurmağa çalışır. Kəşfiyyat məlumatlarına görə, Serbiyanın müdafiə müəssisələri rəsmi Belqradın bəyan etdiyi neytrallığa zidd olaraq, Ukraynaya sursat tədarükünü hələ dı davam etdirir”, - hesabatda deyilir.

Oğuz