Putin Zelenskini Moskvaya çağırdı

Rusiya Prezidenti Vladimir Putin Donald Trampla telefon danışığı zamanı Zelenski ilə Moskvada görüşməyi təklif edib.

Aug 19, 2025 - 18:48
Putin Zelenskini Moskvaya çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Danışıqlarda bir sıra Avropa liderləri, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO baş katibi Mark Rutte də iştirak ediblər. (teleqraf)