"Putinin xoşuna gəlmək istəyirlər, bilirsiniz niyə?" - Zelenski ABŞ-dən əl çəkmir

Ukrayna prezidenti Vladimir Zelenski ARD telekanalına müsahibəsində Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərdən imtinaya razı olmayacağını deyib.

Feb 18, 2025 - 00:49
"Putinin xoşuna gəlmək istəyirlər, bilirsiniz niyə?" - Zelenski ABŞ-dən əl çəkmir

SAVASHMEDİA.az-ın xəbərinə görə, Zelenski gələcəkdə həmin torpaqları mütləq geri qaytaracaqlarına inandığını ifadə edib.

“Əlbəttə, biz hər şeyi geri qaytaracağıq. Onda beynəlxalq hüquqa hörmət də geri qayıdacaq".

O, Ukraynanın öz torpaqlarını qaytaracağına şübhə ilə yanaşan ABŞ-nin yeni müdafiə naziri Pit Heqseti də unutmayıb:

“Müdafiə naziri təfərrüatları daha dərindən araşdırmalıdır. Düşünürəm ki, bunun üçün ona vaxt lazımdır. Problem ondadır ki, ABŞ indi Rusiya prezidenti Vladimir Putinin xoşuna gəlməyə çalışır. Bilirsiniz niyə? Çünki tez görüşüb, guya uğur qazandıqlarını göstərmək istəyirlər".

Oğuz