İstanbul görüşü bir saat çəkdi - Dolmabağça sarayından VİDEO

İstanbulun Dolmabaxça sarayında Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşü başa çatıb. 

May 16, 2025 - 13:35
İstanbul görüşü bir saat çəkdi - Dolmabağça sarayından VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrə istinadən məlumat yayıb. 

Dolmabağça sarayındakı prezident ofisində baş tutan görüş bir saatdan çox davam edib.

Rusiya və Ukrayna arasında birbaşa danışıqların Türkiyə vaxtilə saat 12:30-da başlayacağı gözlənilir. 

Bu arada BBC News xəbər verir ki, ABŞ nümayəndəsi Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etməyəcək. 

Jurnalistlərin məlumatına görə, ABŞ dövlət katibinin köməkçisi Maykl Anton  danışıqlardan əvvəl Rusiya nümayəndə heyətinə başçılıq edən prezidentin köməkçisi Vladimir Medinski ilə ayrıca görüşəcək.

Xatirə SADIQ