Dərini sızanaqlardan təmizləyir, böyrək daşını tökür... – Heyva

Heyva payız mövsümündə yetişən, tərkibində bol vitamin, lif, mineral, dəmir olan meyvədir. Heyva həm çiy halda yeyilir, həm də mürəbbə, kompot və ya qurudulmuş formada istifadə olunur.

May 16, 2025 - 12:59
Dərini sızanaqlardan təmizləyir, böyrək daşını tökür... – Heyva

SAVASHMEDİA.az heyvanın faydalarını təqdim edir:

Həzm sisteminə müsbət təsir edir

Heyvanın tərkibində olan pektin və liflər bağırsaqların hərəkətini yaxşılaşdırır.Mədə turşusunu tənzimləyir, ishal və qusma kimi narahatlıqların qarşısını almağa kömək edir.

Soyuqdəymə və öskürəyə qarşıdır

Heyva toxumundan hazırlanan dəmləmə və ya sirop boğaz ağrısı, öskürək və bronxit zamanı yumşaldıcı təsir göstərir.

İmmunitet sistemini gücləndirir

C vitamini ilə zəngindir, bu da orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.

Ürək-damar sağlamlığı

Kalium baxımından zəngin olduğu üçün qan təzyiqini tənzimləyir.Antioksidant təsiri ilə damarların tıxanmasının qarşısını alır.

Dəri və saç sağlamlığı

Tərkibindəki vitamin və minerallar dəriyə parlaqlıq verir, saçların tökülməsinin qarşısını alır.

Arıqlama prosesinə kömək edir

Aşağı kalorili və bol lifli olduğuna görə arıqlamaq istəyənlər üçün ideal meyvədir. Toxluq hissini artırır.

İltihabı aradan götürür

Heyva yarpaqları və toxumları müxtəlif dəmləmələrdə istifadə olunur və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Qanazlığına qarşı

Heyva dəmir elementi ilə zəngindir. Qanazlığı (anemiya) olan insanlar üçün faydalıdır. Xüsusilə heyva kompotu və ya bişmiş heyva qan tərkibini yaxşılaşdırmağa kömək edə bilər.

Zehni fəaliyyəti gücləndirir

Beyin funksiyalarını dəstəkləyən antioksidantlar və B qrupu vitaminləri ilə zəngindir. Yaddaş zəifliyi, zehni yorğunluq və diqqət pozğunluqlarına qarşı faydalıdır.

Stressə və əsəb sisteminə müsbət təsir edir

Təbii sakitləşdirici təsiri var.Sinir sistemini sakitləşdirir, narahatlıq və yuxusuzluq hallarında faydalıdır.

Ağız və diş sağlamlığı

Ağızda bakteriyaların çoxalmasının qarşısını alır. Heyva suyu və ya heyva yarpağı dəmləməsi ağız yaxalamaq üçün istifadə edilə bilər.

Göz sağlamlığı

A vitamini və antioksidantlar sayəsində gözləri qoruyur. Göz quruluğu və zəifləməsinin qarşısını alır.

Dərinin yenilənməsi

Bişmiş və ya çiy heyva dərinin təmizlənməsində istifadə edilə bilər.Təbii maska kimi istifadə olunduqda dərini qidalandırır və sızanaqlara qarşı faydalıdır.

Uşaqlar və hamilə qadınlar üçün faydaları

Zəngin vitamin tərkibi uşaqların inkişafına dəstək olur.Hamiləlikdə ürəkbulanma və zəifliyə qarşı heyva yemək faydalıdır (həkim məsləhəti ilə).

Qaraciyər və böyrəkləri qoruyur

Heyva orqanizmdə toksinlərin atılmasını sürətləndirir. Xüsusən də heyva dəmləməsi suyu qaraciyərin funksiyasını tənzimləyir və böyrək daşlarının yaranma riskini azaldır və böyrək daşını tökür.

Banu