"Putinlə oturub danışmalıyıq, mən hazıram" - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, müharibənin dayandırılması naminə Rusiya prezidenti Vladimir Putinlə istənilən formatda danışıqlara hazırdır.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski müharibənin bitməsi üçün dialoqun vacibliyini vurğulayıb:
“Əvvəlcə düşünürəm ki, biz oturub danışmalıyıq. İkinci məsələ – atəşkəsə nail olmaqdır. Hətta indi Yaxın Şərqdə də görürsünüz ki, atəşkəs rejimini qorumaq nə qədər çətindir”, – deyə o qeyd edib.
Ukrayna lideri əlavə edib ki, ədalətli sülh naminə Putinlə “ikitərəfli və ya üçtərəfli formatda” görüşməyə hazırdır. Onun sözlərinə görə, münaqişənin diplomatik yolla həlli üçün bütün imkanlar nəzərdən keçirilməlidir.