Qaçmaq istədilər, amma... - Balakən dağlarındakı əməliyyatdan VİDEO

Balakəndə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. 

Sep 1, 2025 - 12:54
Qaçmaq istədilər, amma... - Balakən dağlarındakı əməliyyatdan VİDEO

SAVASHMEDİA.az-ın xəbərinə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub.

Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar. 

Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. 

Görüntüləri qeydə alınan silahlı şəxslər plantasiyandan qaçmağa cəhd etsələr də, saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Həmin görüntüləri təqdim edirik.