"Qalatasaray"a daha çox qol vura bilərdik - Tedesko

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Türkiyə Superkubokunun finalında "Qalatasaray"a qalib gəldikləri (2:0) və yeni klubu ilə ilk titulunu qazanmasını şərh edib.

Jan 11, 2026 - 11:54
"Qalatasaray"a daha çox qol vura bilərdik - Tedesko

SAVASHMEDİA.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında deyib:

"Çox şadam. Biz güclü bir komandayıq və bir yerdə daha da güclənirik. Bu qələbə "Fənərbaxça" ailəsi və azarkeşlərimiz üçündür. Onlar inanılmazdır! Bu səbəbdən də bu işi sevirik. Mənim üçün belə bir azarkeşlərin baş məşqçisi olmaq böyük bir şərəf və sevincdir".

O bildirib ki, "Qalatasaray"a daha çox qol vura bilərdilər: "Biz addım-addım irəliləyirik. Bu gün bu kuboku qeyd edəcəyik. Bu bizim üçün motivasiya olacaq. İstəyirik ki, oyunçularımız qalib gəlsin və özlərinə güvənləri artsın. İlk hissədə çox yaxşı oynadıq, məncə, çox təsirli bir oyun idi. Daha çox qol da vura bilərdik, bəlkə 3-4 qol, amma bu da yaxşıdır. Əsas olan qələbədir. Bu, bizim üçün çox önəmlidir".

Yeni transfer, elə ilk oyununda vacib qol vuran Matteo Genduzi barədə də danışan Tedesko əlavə edib: "Genduzinin göstərdiyi performans məni çox sevindirdi. Onun meydandakı xarakteri çox güclü idi. O, sanki artıq 8 aydır burada oynayırmış kimi idi. Bu, çox təqdirəlayiqdir". 

Aytən