Qalibiyyətə sevinmədi, isinmə hərəkətlərinə qatılmadı - İkardi "Qalatasaray"dan gedir?

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi baş məşqçi Okan Burukun qərarlarından narazıdır.

Oct 2, 2025 - 16:59
Qalibiyyətə sevinmədi, isinmə hərəkətlərinə qatılmadı - İkardi "Qalatasaray"dan gedir?

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçunun Çempionlar Liqası çərçivəsində  keçirilən "Ayntraxt Frankfurt" və “Liverpul” matçlarında ilk 11-likdə olmamasıdır. 

İkardi Burukun bu qərarına etiraz əlaməti olaraq “Liverpul” matçı öncəsində isinmə hərəkətləri etməyib, hətta oyundan sonra meydançadakı qalibiyyət sevincinə də qatılmayıb.  

İkardinin ÇL matçlarında ilk 11-likdə iştirak etmədiyi üçün ruhdan düşdüyü, depressiv olduğu bildirilir.

Qeyd edək ki, argentinalı futbolçu ötən sezonun sonuna yaxın zədə alıb. Cari mövsümdə Türkiyə Super Liqasında Viktor Osimhenin zədələnməsindən sonra 8 matçda forma geyinib. 5 qol vurub. 

Məlumata görə, baş məşqçi Okan Buruk İkardini hələ də arzuolunan fiziki səviyyədə olmadığı üçün Çempionlar Liqası matçlarında ilk 11-likdə oynatmır.

Banu