Tedesko "Fənərbağça"dan bu sözlərinə görə qovulub? - Komandada casus var?

“Fənərbağça”nın  baş məşqçi Domeniko Tedesko ilə yollarını ayrımasının detalları məlum olub.

Apr 28, 2026 - 14:34
Apr 28, 2026 - 14:36
Tedesko "Fənərbağça"dan bu sözlərinə görə qovulub? - Komandada casus var?

SAVASHMEDİA.az xəbər verir ki, klub daxilində yaranan narazılıqlar və ardıcıl məğlubiyyətlər rəhbərliyi radikal addımlar atmağa vadar edib.

Məlumata görə, “Qalatasaray”la derbi görüşündə alınan 0:3 hesablı məğlubiyyət Tedeskonun göndərilməsini şərtləndirib. Lakin qovulmanın əsas səbəbinin bu məğlubiyyət olmadığı bildirlir. Məlumata görə, Tedeskonun yola salınmasınən əsas səbəbi onun məşqlərin gizli şəkildə izlənilərək taktiki planların rəqiblərə ötürülməsini söyləməsi olub. Klub rəhbərliyi baş məşqçinin bu "casus açıqlaması"nın komandadakı daxili etimadı zədələdiyini düşünüb. 

Xatırladaq ki, 0:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi fövqəladə iclas keçirib. Təxminən iki saat davam edən toplantıda komandanın çıxışı və mövcud vəziyyət müzakirə olunub. 

Daha sonra idarə heyəti Samandıra məşq bazasında texniki heyət və futbolçularla görüşüb. Baş məşqçi Domeniko Tedesko ilə yanaşı, idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi də vəzifəsindən uzaqlaşdırılıb. Mövsümün qalan hissəsində komandanı Zeki Murat Göle çalışdıracaq.

Banu