Qaraciyər və böyrəyin fəaliyyətini pozur - Arıqlatma çayları

Arıqlatma çayları son illər kifayət qədər populyarlaşsa da, onların istifadəsi bəzi ciddi sağlamlıq riskləri daşıya bilər. Həmin çayların bir çoxu təbii tərkibli olsa belə təhlükəsiz deyil. 

May 23, 2025 - 19:14
Qaraciyər və böyrəyin fəaliyyətini pozur - Arıqlatma çayları

SAVASHMEDİA.az arıqlatma çaylarının mümkün zərərlərini təqdim edir:

1. Bağırsaq fəaliyyətini pozur

Əksər arıqlatma çayları laksatif (yəni ishaledici) təsir göstərir. Qəbizlik və bağırsaq asılılığına səbəb ola bilər (çaysız normal fəaliyyət mümkün olmaya bilər).

2. Bədəndə su və elektrolit itkisi

Laksatif təsir nəticəsində dehidratasiya (susuzlaşma) baş verə bilər.

Kalium, maqnezium və natrium kimi elektrolitlərin azalması, ürək ritm pozuntularına, əzələ zəifliyinə və başgicəllənməyə səbəb ola bilər.

3. Metabolizmanın pozulması

Uzunmüddətli istifadədə bədənin metabolik balansı pozula bilər. Orqanizmin normal enerji sərf etmə sistemi zədələnə bilər.

4. Qaraciyər və böyrək problemləri

Bəzi arıqlatma çaylarında tərkibində olan güclü bitkilər (məsələn, senna, cascara sagrada) qaraciyərə və böyrəklərə zərər verə bilər. Zəhərlənməyə qədər gedə biləcək hallar müşahidə olunub.

5. Asılılıq yarada bilər

Psixoloji olaraq insan bu çaylara etibar etməyə başlaya bilər və onların köməyi olmadan çəki atmağı mümkün saymaz.

6. Qidalanma pozuntularına yol açır

Arıqlama məqsədi ilə bu çaylardan istifadə edən insanlar bəzən yeməkdən imtina edir ki, bu da anoreksiya və ya bulimiya kimi qidalanma pozğunluqlarına gətirib çıxara bilər.

7. Hamiləlik və əmizdirmə dövründə təhlükəlidir

Bir çox arıqlatma çayı hamilə və ya süd verən qadınlar üçün təhlükəli hesab olunur.

Yağmur