Qaraciyərə alkoqoldan daha çox zərər vuran qidalar - SİYAHI

Qaraciyərə alkoqoldan da ciddi təhlükə yarada bilən qidaların adı açıqlanıb.

Sep 29, 2026 - 15:07
Qaraciyərə alkoqoldan daha çox zərər vuran qidalar - SİYAHI

SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssislərə görə, şirin içkilər, qənnadı məmulatları, müxtəlif bişmiş un məhsulları və desertlərin mütəmadi olaraq böyük miqdarda qəbul edilməsi, xüsusilə də insanın az hərəkət etməsi qaraciyər sağlamlığına mənfi təsir göstərir. Belə qidalanma metabolik disfunksiya ilə əlaqəli qaraciyər piylənməsi xəstəliyinin inkişaf riskini artırır.

Həkimlər bildirib ki, faydalı hesab edilən məhsulların da həddindən artıq qəbul edilməsi arzuolunmaz nəticələrə səbəb ola bilər. Məsələn, qoz-fındıq və avokado adətən qaraciyərə zərərli məhsullar hesab edilmir. Lakin gün ərzində böyük miqdarda badam, fıstıq, yaxud bir neçə avokado qəbul etmək rasionun ümumi enerji dəyərini əhəmiyyətli dərəcədə yüksəldir. İnsan mütəmadi olaraq sərf etdiyindən daha çox kilokalori qəbul edirsə, bu, çəki artımına və qaraciyərdə yağın toplanmasına gətirib çıxarır.

Qaraciyər üçün xüsusilə əlverişsiz olan kombinasiya yüksək kalorili qidalar, şəkər, doymuş yağlar və alkoqolun eyni vaxtda qəbul edilməsidir. Bu cür qidalanma qaraciyərə ayrı-ayrılıqda hər hansı bir məhsuldan daha böyük yük yaradır.

Banu