Putin bunu azərbaycanlılara QADAĞAN ETDİ - RƏSMİ
Rusiyadan Azərbaycana nağd pul aparan şəxslər üçün yeni məhdudiyyət tətbiq edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkədən Azərbaycana, həmçinin Tacikistan və Özbəkistana nağd rubl çıxarılmasına dair yeni qayda müəyyənləşdirib.
Fərmana əsasən, fiziki şəxslər Rusiyadan bu ölkələrə və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə 1 milyon rubldan artıq nağd rubl çıxara bilməzlər.
Bu məbləğ təxminən 20 min manata bərabərdir.
Beləliklə, Rusiyadan Azərbaycana gedən şəxsin üzərində 1 milyon rubldan artıq nağd pul olduqda, həmin məbləğin artıq hissəsinin ölkədən çıxarılmasına icazə verilməyəcək.
Yeni qayda ilə bağlı mühüm istisnalar da var. Müəyyən beynəlxalq hava limanlarından bank sənədləri təqdim etməklə daha böyük məbləğdə nağd rublun çıxarılmasına imkan verilir. Sənədlər pulun bank hesabından çıxarıldığını təsdiqləməlidir.
Yeni qərarla Azərbaycan ilk dəfə bu məhdudiyyətin tətbiq olunduğu ölkələr sırasına daxil edilib. Bundan əvvəl məhdudiyyət əsasən Aİİ ölkələrinə şamil edilirdi və fiziki şəxslər üçün limit 100 min dollar ekvivalenti idi.
Qaydanı pozan fiziki şəxslərin 1 milyon rubldan artıq apardığı nağd pul müsadirə edilə bilər. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət daha sərtdir: istisnalar nəzərə alınmaqla, nağd rublun çıxarılmasına məbləğindən asılı olmayaraq qadağa qoyulur.
Səlcuq