Qənaət etməyin 7 qaydası - Pulla necə rəftar etməliyik?

Pul qazanmaq qədər onu qənaətlə xərcləmək və səmərəli idarə etmək də önəmlidir. 

May 21, 2025 - 07:37
Qənaət etməyin 7 qaydası - Pulla necə rəftar etməliyik?

SAVASHMEDİA.az pulunuza qənaət etmək üçün praktik məsləhətləri təqdim edir:

1. Büdcə hazırlayın

Gəlir və xərclərinizi qeyd edin.

Hər ay nəyə nə qədər xərclədiyinizi bilin.

Lazımsız xərcləri müəyyən edib azaldın.

2. Lazımsız alış-verişlərdən çəkinin

Emosional alış-veriş etməyin.

Almazdan əvvəl "Buna ehtiyacım varmı?" sualını verin.

Endirimlərə aldanıb ehtiyac olmayan şeyləri almayın.

3. Evdə yemək hazırlayın

Çöldə yemək ev büdcəsini yükləyir.

Evdə planlı şəkildə alış-veriş edib yemək hazırlamaq daha ucuz başa gəlir.

4. Abunəlik və xırda xərcləri nəzərdən keçirin

Lazımsız mobil paketlər, platforma abunəlikləri və s. xərcləri ləğv edin.

Ayda bir dəfə bu tip xərcləri təhlil edin.

5. Qənaət hesabı açın

Hər ay sabit məbləğdə pulu qənaət hesabına köçürün.

O pulu lazım olmadıqca istifadə etməyin.

6. Özünüz edə biləcəyiniz işlərə pul xərcləməyin

Sadə təmir, yemək, geyim düzəltmə kimi işləri özünüz bacarırsınızsa, ustaya pul verməyə ehtiyac yoxdur.

7. Maliyyə hədəfi qoyun

Pul yığmaq üçün konkret məqsəd müəyyən edin (məsələn, səyahət, yeni telefon, təhsil).

Bu məqsəd sizi motivasiya edəcək və israfdan çəkindirəcək.

Səlcuq