QEYBƏT
Deyirlər, olmaz etmək qeybət.
Bəs qeybət nədir? Onu söhbətin digər “janr”larından nə fərqləndirir?
Fərq fərdlərdədir. Daha doğrusu, fərdlərin söhbətə, onun obyektinə, xarakterinə münasibətindədir.
Eyni insan qayınanasının, qonşusunun qeybətini can-başla qırar, amma anasının, qardaşının mənfi hərəkətini müzakirə etməkdən etik bəhanələrlə qaça bilər.
Sənə tərif lazımdırsa – götür: qeybət söhbətdən, təhlildən yayınmaq üçün bəhanə, özünü super əxlaqlı adam kimi qələmə vermək üçün primitiv vasitədir.
İndi isə bir qaşıq zarafat...
Televizor danışıb qeybət qırdı. Dedi ki, yağış yağdı, apardı sellər Saranı.
YouTube qeybət qırdı. Dedi ki, iki nəfər öz xoşluğu ilə ölməyib. Onları yağış suları boğub.
Ölkə inamlı addımlarla GOP69-a doğru gedir.
Televizor danışıb dedi ki, onun studiyasında politoloqlar bir araya gəlib, o biri araya getməyiblər.
Deputatlar parlamentdə gələn ilin büdcəsinin qeybətini qırdılar.
Deyildiyinə görə, demək ayıPdır! Belə dedilər utanmazlar. Və dedilər heç utanmayıb. AYIB! AYIB! AYYYIB!
Politoloqlar televizorun içindən dağılışmadılar. Bu dəfə onlar ABŞ prezidentliyinə namizədlərin qeybətini qıraraq, qırıq-qırıq etdilər. Bir daha ayıF!
Qeybət hansı məqsəd güdür?
Xəbər vermək
Məlumatlandırmaq
Diqqətə çatdırmaq
Həqiqəti demək
Gözlərini açmaq...
Bunlar yaramır?
Yoxsa sərf etmir?
A.ƏZİZ