“Qəzza bərpa olunmalıdır” – Ursula fon der Lyayen

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen rəhbəlik etdiyi qurumun Fələstin üçün donor qrupu yaratdığını bəyan edib.

Sep 23, 2025 - 12:53
“Qəzza bərpa olunmalıdır” – Ursula fon der Lyayen

SAVASHMEDİA.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti bu barədə X sosial şəbəkəsində yazıb. 

“Çünki istənilən gələcək Fələstin dövləti, o cümlədən iqtisadi nöqteyi-nəzərdən həyat qabiliyyətli olmalıdır. Və biz avropalılar Qəzzanın yenidən qurulması üçün xüsusi alət yaradacağıq. Qəzza bərpa olunmalıdır”, - deyə Ursula fon der Lyayen vurğulayıb. 

Xatirə SADİQ