Qohumları gəlmədi, meyxanaçının meyitini morqdan kim götürdü? - Elşən Binəqədili faciəsi + VİDEO
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı dünyasını dəyişən meyxanaçı Elşən Binəqədiyə həsr olunub.
SAVASHMEDİA.az xatırladır ki, meyxanaçı fevralın 26-da axşam saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onun meyitini morqdan götürməyə heç bir qohumu getməyib. Mərhumun dostlarından biri olan Cəlal İsmayılov meyiti təhvil alaraq yas mərasiminin təşkilini öz üzərinə götürüb.
"Elşəni 4-5 ildir tanıyırdım. Aramızda yaxın münasibət var idi. Dəfnini mənə vəsiyyət etmişdi", - Cəlal İsmayılov bildirib.