Qrenlandiyanın baş naziri Trampı görüşə çağırdı - "danışmalıyıq"
Qrenlandiyanın baş naziri Mute Egede ABŞ-nin seçilmiş prezidenti Donald Trampla danışmağa hazır olduğunu deyib.
SAVASHMEDİA.az Reuters-ə istinadla xəbər verir ki, bu açıqlama Trampın adanın ABŞ-nin nəzarətinə verilməsinin zəruriliyi ilə bağlı bəyanatları fonunda verilib.
Danimarkanın paytaxtı Kopenhagendə keçirilən mətbuat konfransında Egededən Trampla bu mövzuda danışıb-danışmadığı soruşulub.
"Xeyr, amma biz danışmağa hazırıq",- baş nazir cavab verib.
Qrenlandiya Danimarka daxilində muxtar ərazidir, öz hökuməti və səlahiyyətli orqanları var. 1953-cü ilə qədər ada Danimarka koloniyası statusunda idi. 2009-cu ildə genişləndirilmiş muxtariyyət, o cümlədən daxili işlər sahəsində özünüidarəetmə hüququ əldə edib. Təxminən 57 min əhalisi olan adada ABŞ hərbi bazası yerləşir.
Oğuz