Qreta Tunberq deportasiya edildi - İsrail XİN

İsrail isveçli ekofəal Qreta Tunberqi vətəninə göndərib.

Jun 10, 2025 - 12:46
Qreta Tunberq deportasiya edildi - İsrail XİN

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN)  “X” səhifəsində məlumat paylaşılıb.

Nazirlikdən bildirilib ki, bir gün əvvəl İsrail hərbçiləri Qəzza zolağına doğru üzən Qreta Tunberq və Fələstin tərəfdarı olan fəalların olduğu yaxtanı saxlayıb.

Sonradan fəallar Ben Qurion hava limanına göndərilib. 

İsrail XİN ayrıca qeyd edib ki, Tunberq vətəninə Fransa üzərindən uçacaq. 

Xatirə SADİQ

Fotoda ekofəal Qreta Tunberq