Ramzan Kadırovdan Çeçenistandakı partlayışa sərt reaksiya – “Günahkarlar tapılacaq”
Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda 2-si uşaq olmaqla 4 nəfər ölüb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadla xəbər verir ki, partlayış Qroznının Baysanqurovski rayonunda Məhəmməd Əli prospektində yerləşən yanacaqdoldurma məntəqəsi baş verib.
900 kvadratmetr ərazini əhatə edən yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin 35 əməkdaşı və 7 texnikası cəlb edilib.
Çeçenistan Respublikasının başçısı Ramzan kadırov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və vəziyyəti şəxsi nəzarətinə götürdüyünü bəyan edib. Çeçenistan rəhbəri bütün günahkarların tapılaraq məsuliyyətə cəlb ediləcəyinə söz verib.
İstintaq Komitəsinin ilkin ehtimalına görə, yanğın benzin daşıyan çəndən başlayıb. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İstintaq Komitəsinin əməkdaşları hadisənin başvermə şəraitini və səbəblərini araşdırır, cinayətdə iştirak edən şəxsləri axtarır.
Oğuz