"Rep dediyimə görə söyürlər, amma davam edəcəyəm" - Alim Qasımov + VİDEO

"Bu qədər muğam oxumuşam, onun haqqında danışmırlar. Amma ağlıma gələn iki kəlmə sözü dediyimə görə qarğış edirlər, söyüş söyürlər".

Jun 26, 2025 - 23:30
Jun 26, 2025 - 23:30
"Rep dediyimə görə söyürlər, amma davam edəcəyəm" - Alim Qasımov + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsindən sonra onu tənqid edənlərə cavabında deyib.

Heç vaxt peşman olmadığını söyləyən xanəndə sözlərinə əlavə edib:

"Təbim gələndə deyirəm. Kiminsə xoşuna gəlib-gəlməyəcəyini fikirləşmirəm. Gələcəkdə rep və muğam sintezli layihəm də olacaq".

Daha ətraflı süjetdə: