Bakıda güclü partlayış - Əraziyə giriş məhdudlaşdırıldı + VİDEO

Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.

Jun 26, 2025 - 23:40
Jun 26, 2025 - 23:41
Bakıda güclü partlayış - Əraziyə giriş məhdudlaşdırıldı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə musavat.com məlumat yayıb.

Bildirilib ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür. 

Əlavə məlumat veriləcək.