Rus tennisçisi fitə basıldı - İtaliyada
Rusiyalı tennisçi Daniil Medvedev ötən gecə Romadakı turnir zamanı tamaşaçıların kütləvi etirazı ilə qarşılaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, “The Tennis Letter”in “X” sosial şəbəkəsində paylaşdığı videodan görünür.
İtaliyalı tennisçi Lorentso Musetti ilə 1/8 final matçında izdiham onun atışlarını yüksək, kütləvi fit səsləri ilə qarşılayıb. Rusiyalı idmançı barmağını ağzına aparıb, “sakit” işarəsini versə də, tamaşaçıların fit səsləri daha da güclənib.
Stadiondakı izdiham matç boyu Medvedevin hər səhvini alqışlayıb və Musetti qarşılaşmada 7:5, 6:4 hesablı qələbə qazanıb. İtaliyalı idmançı hətta yağışa görə fasilədən sonra da rəqibinə bir dəfə də olsun “comeback” şansı verməyib.
Xatirə SADIQ