“Rusiya, biz sizi görürük” - NATO komandanı
Böyük ərazilərdə peyk müşahidə imkanlarını genişləndirməsi NATO-ya Ukraynada və Rusiyanın Şərqi Avropa ölkələri ilə sərhədlərində hərbi hərəkətləri izləməyə imkan verəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Bloomberq” agentliyinə müsahibəsində NATO qüvvələrinin transformasiyası üzrə Ali Baş Komandanı Pier Vandye deyib.
Vandyenin sözlərinə görə, yeni vasitə NATO-ya ilk dəfə olaraq manevrlər, qoşunların hərəkəti və döyüş meydanı fəaliyyətlərini izləmək imkanı qazandıracaq.
“Bu gün rusiyalıların Ukraynada dayanacağına əmin deyilik. Biz onlara deyə biləcəyik: biz sizi görürük”, - deyə Ali Baş Komandan nəzərə çatdırıb.
NATO elan edib ki, bu təşəbbüsü həyata keçirmək üçün Amerikanın peyk görüntüləri təminatçısı olan “Planet Labs” seçilib.
Yeni layihə “Smart Indication and Warning Broad Area Detection” (SINBAD) adlanır. Onun məqsədi dəyişiklikləri aşkar etmək və avtomatik xəbərdarlıq yaratmaq üçün süni intellektdən istifadə edərək, il ərzində tez-tez dünyanın böyük ərazilərini izləmək məqsədi daşıyır.
Alyans nümayəndələrindən birinin sözlərinə görə, bu texnologiya həm də Rusiya və Çinin regionda artan maraqları fonunda strateji əhəmiyyəti artan Arktikanın monitorinqi üçün istifadə oluna bilər.
Xatirə SADİQ