Rusiya bizə saxta sənədlər verib – Şimali Koreya hərbçisi 

Rusiyanın Kursk vilayətində Ukrayna hərbçiləri tərəfindən əsir götürülən Şimali Koreya əsgəri saxta Rusiya sənədlərinə malik olduğunu təsdiqləyib.

Jan 15, 2025 - 10:38
Rusiya bizə saxta sənədlər verib – Şimali Koreya hərbçisi 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenskinin sosial şəbəkələrdə video paylaşıb. 

Videogörüntüdə Şimali Koreyalı hərbçisi tərcüməçi vasitəsilə Ukrayna kəşfiyyatının nümayəndəsinin suallarına cavab verib. 

Şimali koreyalı hərbi əsir bildirib ki, döyüşdə yaralandığı üçün hərəkət edə bilməyib. Bir neçə gün sonra o, Ukrayna hərbçiləri tərəfindən tapılıb. Ukrayna hərbçiləri ona ilkin tibbi yardım göstəriblər, sonra isə hadisə yerindən təxliyə ediblər.

Hərbi əsir Rusiya tərəfindən verilən sənədindəki fotonun və adının ona məxsus olmadığını etiraf edib. 

O, həmçinin Ukrayna tərəfinə əsir düşdüyü halda nə etməli olduğu barədə instruktaj aldığını, amma buna əməl etmədiyini bildirib.

Zelenski diqqətə çatdırıb ki, Şimali Koreyadan əsir götürülən əsgərlərlə Ukrayna müstəntiqləri arasında ünsiyyət davam edir. 

Onun sözlərinə görə, Ukrayna tərəfi  bütün təfərrüatları yoxlayır və dünya istimaiyyəti tamamilə informasiya vakuumunda olan, Ukrayna barədə heç nə bilməyən bu cür oğlanlardan Rusiyanın necə istifadə etdiyi barədə bütün həqiqətləri biləcək. 

“Rusiya onlardan yalnız bu müharibəni davam etdirmək və genişləndirmək üçün istifadə edir”, - deyə Ukrayna prezidenti diqqətə çatdırıb.
 
Xatirə SADİQ