"Rusiya da, ABŞ də eşitsin, heç bir ultimatumu qəbul etməyəcəm" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Ankarada keçirdiyi mətbuat konfransında Rusiyanın ultimatumlarını heç vaxt qəbul etməyəcəklərini bəyan edib.

Feb 18, 2025 - 19:35
"Rusiya da, ABŞ də eşitsin, heç bir ultimatumu qəbul etməyəcəm" - Zelenski

SAVASHMEDİA.az-ın xəbərinə görə, Zelenski Putinin müharibədən əvvəl də oxşar ultimatumlar verdiyini xatırladıb.

"Moskva Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını, işğal olunmuş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınmasını və ölkəyə rusiyayönlü şəxsin rəhbərlik etməsini tələb edib. İndi məndə elə təəssürat yaranıb ki, hazırda ABŞ-Rusiya danışıqları da eyni əhval-ruhiyyədə gedir. Başa düşmək çətindir,  Ukrayna haqqında, amma Ukraynasız danışıqlar gedir. Həm ABŞ, həm də rusiya unudur ki, biz ən çətin şərtlər altında belə bu ultimatumlarla razılaşmamışıq. Maraqlıdır, onlarda olan inam hardandır ki, Ukrayna indi buna razı olacaq?”, - Zelenski bildirib.

Oğuz