Rusiya məşhur yazıçını axtarışa verdi - SƏBƏB

Rusiya Daxili İşlər Nazirliyi (DİN) tanınmış yazıçı Dmitri Bıkovun haqqında axtarış elan edib. 

Jul 14, 2025 - 16:14
Rusiya məşhur yazıçını axtarışa verdi - SƏBƏB

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, Rusiyanın Ədliyyə Nazirliyi yazıçını “xarici agent” kimi tanıyıb. 

Rusiya DİN-nin axtarış bazasında Dmitri Bıkovun adı olan vəsiqə peyda olub. Axtarış üçün əsas Cinayət Məcəlləsinin hansı maddəsinin olduğu göstərilməyib. 

Bıkova qarşı cinayət işinin başlanması aprelin sonunda məlum olub. İstintaq Komitəsi bildirib ki, yazıçı Rusiya ordusu haqqında bilərəkdən yalan məlumat yaymaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi), habelə “xarici agent”in vəzifələrini yerinə yetirməkdən yayınmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi) şübhəli bilinir.

Qeyd edək ki, yazıçı, şair, publisist, teleradio aparıcısı, ədəbiyyat müəllimi, kino tənqidçi Dmitri Bıkov 2022-ci ildə Rusiyanı tərk edib. Hazırda ABŞ-də yaşayan ədib Kornell Universitetində dərs deyir. O, Putin rejiminə qarşı müxalifətdədir, ölkədəki durumu və Rusiyanın Ukraynaya qarşı müharibəsini sərt şəkildə tənqid edir.
 
Xatirə SADİQ