"Rusiya NATO-ya hücum etməyəcək, zəmanət veririk" - Lavrov

"Rusiya NATO-ya hücum etməyəcəyinə dair təhlükəsizlik zəmanəti verməyə hazırdır”.

Oct 28, 2025 - 15:18
"Rusiya NATO-ya hücum etməyəcək, zəmanət veririk" - Lavrov

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

O, bəyan edib ki, Rusiyanın heç bir NATO ölkəsinə hücum etmək niyyəti yoxdur.

Eyni zamanda, Lavrov bəyan edib ki, Qərb “yeni böyük Avropa müharibəsinə” hazırlaşır və NATO-nun genişlənməsi “bir dəqiqə belə dayanmır”.

Onun sözlərinə görə, Rusiya “hələ də ABŞ-ın Alyaska sammitində müzakirə olunan təklifləri təsdiqləyəcəyini gözləyir”.

Oğuz