“Xaç atası”nın rejissoru saatlarını satır – Borca düşüb + FOTOLAR

Dünyaca məşhur italiyan rejissor Fransis Ford Koppola saatlarını satır.

Oct 28, 2025 - 15:21
“Xaç atası”nın rejissoru saatlarını satır – Borca düşüb + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb əfsanəvi rejissorun külli miqdarda borca düşməsidir.

Koppola Romada verdiyi açıqlamada “Gəmini batmaqdan xilas etmək üçün bir az pula ehtiyacım var” deyib. Rejissor bildirib ki, 6 dekabrda saat kolleksiyasından 7 brendi hərrac saytında satışa çıxaracaq. Məlumata görə, bu Koppolanın ilk maddi çətinliyi deyil. O, 1982-ci ildə musiqili film olan “One from the Heart”ın çəkilişi üçün öz pulunu xərcləyib. Lakin filmə teatrlarda tələb olmadığı üçün rejissor böyük məbləğdə ziyana düşüb. 1992-ci ildə iflasını elan edərkən 53 milyon dollar sərvəti və 98 milyon dollar borcu olduğunu bildirib.

Qeyd edək ki, Fransis Ford Koppola əfsanəvi “Xaç atası” (The Godfather) filminin rejissorudur. O, bu filmə görə “Oskar” mükafatı alıb.

Banu

Fotoda: Fransis Ford Koppola

"Xaç atası" filminin çəkilişindən foto