Rusiyadan AZAL təyyarəsi ilə bağlı açıqlama - "Razılığa gəldik"
“Rusiya və Azərbaycan AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı irəli gələn bütün problemlərin həlli üçün əlavə tədbirlər barədə razılığa gəlib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib.
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz oldu. 2024-cü il dekabrın 25-də baş verən faciə ilə bağlı məsələləri müzakirə etdik. Bu məsələ ilə bağlı qarşılaşdığımız bütün problemləri həll etmək üçün əlavə addımlar barədə razılığa gəldik”, - Rusiya rəsmisi deyib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Səlcuq