Rusiyalı iş adamını ABŞ-də 30 illik həbs gösləyir - “Financial Times”

Amerika texnologiyasını alan rusiyalı iş adamı, kriptovalyuta sahibkarı Yuri Quqnin Nyu-Yorkda həbs edilib. 

Jun 10, 2025 - 13:06
Rusiyalı iş adamını ABŞ-də 30 illik həbs gösləyir - “Financial Times”

SAVASHMEDİA.az bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir. 

Məlumata görə, ABŞ prokurorları Yuri Quqnini 500 milyon dollardan çox pulların yuyulmasında və Rusiyaya ABŞ-nin həssas texnologiyalarını əldə etməyə köməkdə ittiham edib.

Floridada qeydiyyatdan keçən “Evita Pay” ödəniş şirkətinin və “Evita Investments” şirkətinin təsisçisi bank fırıldaqları, “çirkli” pulların yuyulması və digər cinayətlərdə ittiham olunub. Ədliyyə Nazirliyinin məlumatına görə, o, Nyu-Yorkda həbs edilib”, - deyə nəşr vurğulayıb. 

Prokurorluq iddia edir ki, Quqnin xarici müştərilərin adından ixrac nəzarətinə məruz qalan ABŞ elektronikası və Rusiyanın dövlət nüvə texnologiyaları şirkəti “Rosatom” üçün ehtiyat hissələri almaq məqsədilə ödənişlər edib.

İstintaqın məlumatına görə, Quqnin 2022-ci ildə ABŞ-yə gəlib və kriptovalyuta buraxmaq adı altında “çirkli” pulların yuyulması əməliyyatını təşkil edib. Sonra o, sanksiyalardan, ixrac nəzarətindən yayınmaq və ABŞ maliyyə institutlarını aldatmaq üçün kriptovalyutadan istifadə edib. Prokurorlar deyirlər ki, o, “kriptovalyuta şirkətini çirkli pullar üçün gizli “boru kəmərinə” çevirib”.

Quqnin ABŞ dollarına və ya digər valyutalara çevirməklə müştərilərinin kriptovalyutalarını kriptovalyuta pul kisələri və ABŞ bank hesabları vasitəsilə yuyub. Prokurorlar iddia edirlər ki, o, təxminən 2 milyard dollarlıq əməliyyatlara yardım edib və onun müştərilərinin çoxu Rusiyada olub və sanksiyaya məruz qalan Rusiya banklarında vəsait saxlayıb. Digər müştərilər Çin və Birləşmiş Ərəb Əmirliklərində olub. 

Prokurorlar bildiriblər ki, Quqninin Rusiya və İrandakı dövlət məmurları ilə əlaqələri var və onlar Rusiya kəşfiyyat xidmətlərinin əməkdaşları da daxil olmaqla, onun təqibdən qaçmasına kömək edə bilər. 

Şübhəlini maksimum 30 il həbs cəzası gözləyir. 

Xatirə SADİQ