Rusiyalı jurnalistlər Tiflisdəki mitinqdən belə qovuldular – VİDEO

Gürcüstanın paytaxtında etirazçılar Kremlyönlü RİA “Novosti” və “İzvestiya” nəşrlərinin jurnalistlərini mitinqdən qovublar.

Oct 30, 2024 - 11:27
Oct 30, 2024 - 11:43
Rusiyalı jurnalistlər Tiflisdəki mitinqdən belə qovuldular – VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RİA “Novosti” və “İsvestiya” məlumat yayıb. 

RİA “Novosti” iddia edir ki, onların jurnalisti xəsarət alıb, çünki etirazçılar onun qulağının dibində yüksək gücdə olan reproduktoru işə salıblar. Buna səbəb onun rusca danışması olub. 

Rusiyalı jurnalist səs zərbəsindən yıxılıb, bundan sonra polis vəziyyətə müdaxilə edib.

Etirazçılar “İzvestiya”nın müxbirini də qovublar. Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları ondan taksi ilə mitinq ərazisindən uzaqlaşmasını xahiçş ediblər. 

Qeyd edək ki, dünən axşam gürcü tələbələri Tbilisidəki parlament binasına doğru yürüş edərək Gürcüstan Mərkəzi Seçki Komissiyasının 26 oktyabr seçkilərinin nəticələrinə etiraz ediblər. 

Tələbələr mitinqə Gürcüstan və Avropa İttifaqının bayraqları ilə gəliblər. Onların əllərində “Seçkilərin nəticələri Gürcüstan xalqının iradəsini əks etdirmir! Onları  bizdən oğurlayıblar!”, “Biz Avropa sivilizasiyasında yaşamaq istəyirik! Azad, vahid, müstəqil Gürcüstan qalib gələnə qədər mübarizə aparacağıq!”, 

“Biz Rusiyanı yox, Avropanı seçirik! Biz heç vaxt SSRİ-yə qayıtmayacağıq!” və sair şüarları əks etdirən plakatlar olub. 

Xatirə SADİQ