“Rusiyalıların ömrünün uzunluğu 80-i keçməlidir” – Putin
“Rusiyalıların ömrünün uzunluğu orta hesabla 78 yaşa çatmalı, sonra isə 80-i keçməlidir”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Milli Səhiyyə” konqresində çıxışı zamanı deyib.
Prezident ölkə səhiyyəsinin məqsədlərindən birini insanların “aktiv həyatının” uzadılması adlandırıb.
Onun sözlərinə görə, bu, rusiyalılara sanballı yaşlarında imkanlar və işləmək istəyi verəcək, onlara “məsləhətçi” olmaq və təcrübələrini ötürmək imkanı yaradacaq.
O, kişilərlə qadınların ömür uzunluğu arasındakı fərqin azaldılmasının zəruriliyindən də danışıb.
“Biz bütün bu problemləri ardıcıl şəkildə həll etməliyik”, - deyə dövlət başçısı yekunlaşdırıb.
Xatırladaq ki, ömrün uzadılmasından danışan Putinin Ukraynaya qarşı başlatdığı müharibədə ordunun şəxsi heyətinin 692 080 hərbçisi həlak olduğu barədə Ukrayna mediasında məlumatlar yayılıb.
Xatirə SADİQ