“Rusiyanın həyati maraqlarına məhəl qoyulmur” – Putin şikayətləndi

“Ukraynadan Rusiyanın təhlükəsizliyinə kritik çağırışlar yaratmaq üçün istifadə edirlər”.

Oct 24, 2024 - 15:03
“Rusiyanın həyati maraqlarına məhəl qoyulmur” – Putin şikayətləndi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu BRİKS sammiti zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, bu zaman rusiyalıların həyati maraqlarına, rusdilli insanların hüquqlarının pozulması ilə bağlı ədalətli narahatlıqlarına məhəl qoyulmur. 

“İndi isə onlar ölkəmizi strateji məğlubiyyətə uğratmaq məqsədini ümumiyyətlə gizlətmirlər”, - deyə Putin şikayətlənib.

Putin hesab edir ki, bunlar yalnız Rusiyanın tarixini bilməyən və xalqının əsrlər boyu formalaşmış birliyini, mətanətini və birliyini nəzərə almayanların edə biləcəyi xəyali hesablamalardır.

Xatirə SADİQ