"Ruslar Şahin Şıxlinskinin 2 FSB agenti ilə dəyişmək istəyirlər" - Elçin Şıxlı
"Rusların əlində Şahin Şıxlinski ilə bağlı hansısa sübut yoxdur, amma içəridə saxlayırlar. Məndə olan məlumatlara görə, onlar özlərini “Sputnik”in jurnalisti kimi təqdim edən və Azərbaycanda saxlanılan 2 FSB işçisi ilə Şahin Şıxlinskini dəyişdirmək istəyirlər”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri “yeni sabah”a Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı deyib.
O bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları Yekaterinburqda yaşayan azərbaycanlıların hamısından tələb edir ki, "Ural-Azərbaycan" diaspor təşkilatının sədri Şahin Şıxlinskinin əleyhinə ifadə versinlər: pizza sifarişi
“Soydaşlarımız da sağ olsunlar, buna getmirlər. Şahin Şıxlinski ilə birlikdə oğlunu da saxlayıblar. Mutvalı Şıxıinski hələ çox cavandır, onu niyə saxlayırsınız?! Oğluna 10 il həbs vermək istəyirlər. Şahin ŞIxlinskini isə vətənə xəyanətdə ittiham edirlər. Rusların məqsədi odur ki, həmin ittihamları onların boynuna qoysunlar”.
Elçin Şıxlı qeyd edib ki, Rusiyanın bu əməlləri sadəcə siyasi şantajdır:
“Onlar Azərbaycanın gözünü qorxutmaq istəyirlər. Son məlumatlara görə, Səfərov qardaşlarının hətta cənazələrinə də əlavə şeylər tətbiq ediblər. Nədənsə onlar Rusiya vətəndaşı ola-ola çox asanlıqla onları Azərbaycana verdilər. Çünki onların meyitlərinin təhqir olunması ilə bizə gözdağı vermək istəyirlər. Bunlar adam deyil!”