Saakaşvili Zurabişvilinin Avroparlamentdəki çıxışını bəyənib

Eks-prezident Mixail Saakaşvili Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin Avropa Parlamentindəki çıxışını müsbət qiymətləndirib.

Dec 19, 2024 - 13:19
Saakaşvili Zurabişvilinin Avroparlamentdəki çıxışını bəyənib

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Saakaşvili bu barədə sosial-şəbəkədə yazıb. 

Onun sözlərinə görə, bu, çox lazımi vaxtda zəruri çıxış idi.

“Mən əvvəlcədən onun dəvət olunmasının tərəfdarı idim, bu, doğru zamanda zəruri çıxış idi. Onu da qeyd etməyə bilmərəm ki, prezident Gürcüstan dövlətinin əvvəllər qərbyönlü yolla getdiyi faktını vurğuladı.

Hamıya məlumdur ki, sözügedən kurs “Qızılgül” inqilabından sonra tam müəyyənləşib və formalaşmışdı. Onun ən parlaq ifadəsi 2003-2012-ci illərin Gürcüstanı olub. Lakin mən əminəm ki, Gürcüstanın bu yolda əsas uğurları hələ qarşıdadır, diktaturanın süqutundan sonradır”, - deyə Saakaşvili əminliklə vurğulayıb. 

Xatirə SADİQ