Saakaşvilidən məhkəmə hökmünə reaksiya – “Heç nə tapmadılar, axırda məcbur qalıb..."
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəməni “Gürcü arzusu” partiyasının qurucusu və hakimi Bidzina İvanişvilinin göstərişlərini yerinə yetirməkdə ittiham edib.
SAVASHMEDİA.az “Exo Kavkaza” portalına istinadən xəbər verir ki, Mixail Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünü “Facebook”da şərh edib.
“Oliqarxdan nə gözlənilməz qərar, doğru deyilmi? Fatehin iradəsi birbaşa yerinə yetirildi – bu, mənim Gürcüstanı təslim etməməyimə onların cavabdır. Əsr ərzində ilk dəfə olaraq biz uğurlu Gürcüstan dövləti yaratmağa cəsarət etdik. Onlar heç nə tapmayandan sonra prezident administrasiyasının rəsmi xərclərinə görə məni faktiki olaraq ömürlük həbsə məhkum etdilər. İvanişvilinin mafiya klanı vətənə sədaqəti, vətənə sevgini belə cəzalandırır”, - deyə Saakaşvili diqqətə çatdırıb.
Qeyd edək ki, Saakaşvili məhkəmə iclasına distansion formatda qatılmaqdan imtina edib.
Xatırladaq ki, bundan öncə Saakaşvili 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatirə SADİQ