Şairi hava limanında saxladılar – Rusiyada
İsraildən qayıdarkənn şairə Veronika Dolina bəyan edilməmiş ağrıkəsici dərmanlara görə Rusiyanın Jukovski hava limanındakı gömrükdə saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Rusiya təhlükəsizlik qüvvələri ilə əlaqəsi olan “Shot” teleqram kanalı yazıb ki, Veronika Dolina özü şəxsi istifadə üçün adi ağrıkəsiciləri daşıdığını bildirib. O, gəlmək barədə öhdəliklə sərbəst buraxılıb. Hazırda Veronika Dolina evdədir.
Hüquq-mühafizə orqanları noyabrın 12-də Dolinanın saxlanılması barədə rəsmi məlumat verməyib.
Veronika Dolina sovet və rus şairəsi, barddır. O, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünü pisləyib.
Şairə həm də Rusiyada “xarici agent” elan edilən tanınmış kinotənqidçi Anton Dolinin anasıdır.
Anton Dolin anasının Moskva hava limanında saxlandığını təsdiqləyib, amma təfərrüatlar barədə məlumat verməyib.
Xatirə SADİQ