Senatordan Trampa çağırış - “Putini yerində oturt”

Amerikalı senator Con Kennedi prezident Donald Trampı rusiyalı həmkarı Vladimir Putini yerində oturtmağa çağırıb.

Apr 28, 2025 - 14:31
Senatordan Trampa çağırış - “Putini yerində oturt”

SAVASHMEDİA.az xəbər verir ki, senator bu çağırışı Fox News telekanalına müsahibəsi zamanı səsləndirib.

“Putin prezident Trampa verdiyi bütün vədlərini pozdu. Onun son təklifi əslində heç nə deyil. O, zəbt etdiyi bütün əraziləri saxlamaq istəyir. O, Ukraynanın NATO-ya daxil olmasını qadağan etmək və Amerika ilə Avropanın Ukraynaya yardımı dayandırmasını istəyir”, - deyə respublikaçı senator nəzərə çatdırıb.

Kennedi əlavə edib ki, Putin ABŞ-nin sanki ondan qorxduğunu düşünür. “O, hər addımda prezident Trampı ələ salırdı. O, bizim prezidentimizə hörmətsizlik göstərdi. Onun və ölkəsinin balıqlara yem olacağını Putinə anlatmasaq, düşünmürəm ki, vəziyyət yaxşılaşacaq. Bizə Rusiyanı sındırmaq və onu boğmaq lazımdır. Əks halda onlar danışıqlar masasına əyləşməyəcəklər”, - deyə Kennedi əlavə edib.

Xatirə SADİQ