Türkiyəli aktrisa vəfat etdi - FOTOLAR

“Yeşilçam”ın və Türkiyənin məşhur aktrisalarından olan Neşe Aksoy vəfat edib.

Oct 23, 2025 - 15:22
Türkiyəli aktrisa vəfat etdi - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, N.Aksoyun ölüm səbəbi ağciyər xərçəngi olub.

62 yaşlı aktrisa bir ay əvvəl xərçənglə mübarizə apardığını sevənlərinə belə açıqlayıb:

“10 ay öncə xərçəng diaqnozu qoyulanda gərgin günlərim başladı. Məcbur yazılarıma ara verdim. Özümü topladıqdan sonra yazaram dedim. İndiki analiz nəticələrinə görə, əməliyyat olduğum ciyərimdə və beynimdə yeni şişlər yaranıb. Bu günə qədər xəstəliyimi gizli saxlayırdım. Bundan sonra nə olacaq bilmirəm. Məndən eşitməyinizi istədiyim üçün açıqlamalı oldum”.

Qeyd edək ki, Neşe Aksoy istedadı ilə yanaşı gözəlliyi ilə də Türkiyə kinematoqrafiyasına damğa vurub, Tarık Akan, Fikret Hakan, Kadir İnanırla tərəf müqabili olub.

N.Aksoy “Vahşi Aşk”, “Arkadaşım”, “Çare Sende Allahım”, “Can Kurban” ve “Lodos Zühtü”, “Başım Gözüm Üstüne” kimi filmlərdə baş rolu ifa edib.

Banu

Fotolarda: Neşe Aksoy