Səsinə və plakatlarına qadağa - İstanbulda İmamoğlu əməliyyatı
İstanbul Baş Prokurorluğu Əkrəm İmamoğlu ilə bağlı yeni qərar verib.
SAVASHMEDİA.az xəbər verir ki, Baş Prokurorluqdan İstanbul Böyükşəhər Bələdiyyəsinə göndərilən yeni təlimatda Ə.İmamoğlunun səsi, videosu, şəkilləri istifadə olunmaqla hazırlanan bütün məzmunların istifadəsini qadağan olunduğu bildirilib.
Qadağaya əsasən, İBB-yə tabe olan metro, avtobus, metrobus, bərə və stansiyalarda Əkrəm İmamoğlunu təsvir edən hər hansı məzmuna icazə verilməyəcək.
Qeyd edək ki, bu, İstanbul Baş Prokurorluğunun İmamoğlu ilə bağlı ilk qadağası deyil. Belə ki, prokurorluq mart ayında da İmamoğlu ilə bağlı plakat və pankartların toplanması əmrini vermişdi.
Banu