"Zelenskiyə zəng vurdum, dedilər Afrikadadır, orada nə işi var? - Tramp

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski Cənubi Afrika Respublikasında olarkən ona zəng vurub.

May 22, 2025 - 00:09
"Zelenskiyə zəng vurdum, dedilər Afrikadadır, orada nə işi var? - Tramp

SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri CAR Prezidenti Sirila Ramafosu qəbul edərkən danışıb.

O bildirib: "Mən Zelenskiyə zəng vurdum, dedilər ki, o, Afrikadadır. Mən də soruşdum ki, Zelenski Cənubi Afrikada nə gəzirmiş".

CAR Prezidenti onun bu sulaına təbəssümlə cavab verib. Ramafosa deyib ki, Zelenski sülhü bərqərar etməyə çalışır: "Bilirsiniz, bizim bəxtimiz gətirdi ki, böyük Nelson Mandela kimi rəhbərimiz oldu, o, bizə sülhü bəraqərar etməyi, asayişi yaratmağı öyrədirdi. Biz də həmin dərslərin, bəzi fikirləri Zelenski ilə paylaşdıq. Mən onunla söhbətimdə bildirdim ki, Nelson Mandelanın bizə öyrətdiyi budur: əgər siz ölkənizdə sülhə nail olmaq istəyirsinizsə, bunu qeyd-şərtsiz edin, oturun və danışın. Əminəm ki, o məhz bu tövsisyəyə qulaq asacaq".

Xatırladaq ki, V.Zelenski bu ilin aprelin sonunda Cənubi Afrikaya getmişdi.