Ukrayna, Avropa, Türkiyə və ABŞ heyətləri bir araya gəldi - İstanbulda
Bu gün Istanbul şəhərində Ukrayna, Avropa və ABŞ nümayəndələrinin görüşü başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Суспiльне” məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, görüşdə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov, ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq, Fransa, Almaniya və Böyük Britaniyadan olan milli təhlükəsizlik məsələləri üzrə müşavirlər iştirak ediblər.
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) isə İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başladığına dair video paylaşıb.
Videodan görünür ki, danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ dövlət katibi Marko Rubio, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa iştirak edirlər.
Xatirə SADIQ