Tramp Ağ Evdə Kanadanın baş nazirinə hörmətsizlik etdi - Ona Zelenskini xatırlatdı

Kanadanın baş naziri Mark Karnini Ağ Edə qəul edən ABŞ prezidenti Donald Tramp onunla xoşəgəlməz zarafat edib.

May 6, 2025 - 21:56
May 6, 2025 - 22:12
Tramp Ağ Evdə Kanadanın baş nazirinə hörmətsizlik etdi - Ona Zelenskini xatırlatdı

SAVASHMEDİA.az xəbər verir ki, o, Mark Karniyə ölkəsinin 51-ci ştat kimi ABŞ-yə qoşulmasını birbaşa təklif edib.

Kanadanın baş naziri isə cavabında Kanadanın satılmadığını təkrarlayaraq sitiuasiyanı yumşaltmağa çalışıb.

Karni əlavə edib ki, Kanada rəhbərliyi Vaşinqtonla iqtisadi əlaqələrə tərəfdaşlıq kimi baxır. Baş nazir vurğulayıb ki, Ottava ölkələr arasında təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Tramp isə yenidən köhnə mövzusuna qayıdıb: "Zaman göstərəcək, amma mən həmişə deyirəm ki, heç vaxt heç vaxt demə. çünki qeyri-mümkün görünən bir çox şey sonda mümkün olur. Odur ki, yenə də Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edirəm".

Ağ Ev rəhbəri daha sonra Kanadanın keçmiş baş naziri Castin Trüdodan xoşlanmamasından danışıb: "Mənim Trüdodan xoşum gəlmirdi, münasibətlərimiz pis idi. Bunu indiki baş nazir haqqında deməyəcəyəm, amma onun sələfi xoşuma gəlmirdi". 

Tramp daha sonra Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə olan mübahisəsini də xatırladıb:  "Yox, bu dəfə belə bir şey olmayacaq. Biz Karni ilə çox mehribanıq. İndi elə olmayacaq onsuz da başqası ilə kiçik bir münaqişəmiz olub. Orada hər şey tamam fərqli idi. İndi isə biz mehriban söhbət edirik".

Səlcuq