Diş məcunu seçərkən bunlara mütləq diqqət etməlisiniz – Tövsiyə 

Sağlam və gözəl dişlərə sahib olmaq üçün diş məcunundan istifadə etmək şərtdir. Diş məcunu seçərkən ağız və diş sağlamlığını qorumaq üçün bir neçə vacib məqama diqqət yetirmək lazımdır.

May 16, 2025 - 12:12
Diş məcunu seçərkən bunlara mütləq diqqət etməlisiniz – Tövsiyə 

SAVASHMEDİA.az həmin vacib məqamları təqdim edir.

Fluorid tərkibli diş məcunları

Fluorid diş minasını gücləndirir və diş çürüməsinin qarşısını alır. Lakin bu tərkibdə diş məcunlarını alarkən mütləq tərkibindəki fluoridin miqdarına baxmaq lazımdır. Miqdarı 1000–1500 ppm-dən (parts per million) çoxdursa,almayın. Çünki çox miqdarda fluorid beyindəki epifiz vəzini zədələyir.

Diş və diş əti problemləri

Əgər dişləriniz həssasdırsa, siz potassium nitrat və ya strontium xlorid(chloride) tərkibli diş məcunlarını seçə bilərsiniz. Diş əti probleminiz varsa, antibakterial tərkibli (məsələn, triclosan və ya stannous fluorid) məcunları almağınız məqsədəuyğundur.

Dişlərin rəngini ağartmaq

Məqsədiniz dişlərinizin rəngini ağartmaqdırsa, o zaman tərkibində hidrogen peroksid və ya soda olan diş məcunlarını seçməlisiniz. Lakin bu məcunlar gündəlik istifadəyə uyğun deyil. Çünki bu məcunlar dişləri ağartdığı üçün davamlı istifadədə diş minasını aşındıraraq zəiflədir.  

SLS (Sodium Lauryl Sulfate) tərkibli diş məcunları

SLS köpükləndirici bir maddədir, amma bəzi insanlarda ağız içi yaralarına (aftlara) səbəb ola bilər.
Aft problemi olanlar və ya həssas ağız quruluşuna malik insanlar SLS-siz məcunlara üstünlük verməlidir.

Dəri və allergiya problemləriniz varsa

Bitki tərkibli və ya hipoallergenik məcunlar istifadə edə bilərsiniz.Etiketləri oxuyun, əlavə ətir və ya rəngləndiricilərə qarşı həssaslığınız varsa, təbii və sadə tərkibli məhsulları seçin.

Uşaqlar üçün uyğunluğuna diqqət edin

Uşaq diş məcunları udulma riski nəzərə alınaraq daha az fluoridli və xoş dada malik olur. Uşaqlara böyüklər üçün olan məcunlardan almamalı və istifadəsinə icazə verməməlisiniz.

Etibarlı marka və sertifikatlar

Seçəcəyiniz məhsul mütləq stomatoloji təşkilatların təsdiqindən keçmiş olmalıdır. Məsələn, ADA (American Dental Association) və ya digər yerli diş həkimləri birliklərinin təsdiqlədiyi məhsullar olmalıdır.Bu, məhsulun effektiv və təhlükəsiz olduğunu göstərir.

Banu

.